RU

Politoloq: ABŞ-ın təcrid siyasəti Avropanı alternativ axtarışına yönəldir

Almaniyalı politoloq Aleksandr Rar bildirib ki, London və Berlin tərəfindən yaradılan müdafiə ittifaqı gələcəkdə NATO-nu əvəz edə bilər.

NOCOMMENT.az xəbər verir ki, ekspert bu fikirlərini “Vzqlyad” qəzetinə verdiyi müsahibədə səsləndirib.

Rarın sözlərinə görə, Britaniya ilə Almaniya arasında imzalanan yeni sazişin bir neçə məqsədi olsa da, onun yaradılmasının əsas səbəbi Avropada ABŞ-ın qitədən uzaqlaşması fonunda NATO-nun zəiflədiyinin qəbul olunmasıdır.

Politoloq əlavə edib ki, Vaşinqtonun getdikcə daha çox təcridçi siyasət yürütməsi Avropa liderlərində narahatlıq doğurur və onlar ABŞ-ın Avropanı müdafiə etməkdən imtina edə biləcəyindən ehtiyat edirlər. Rarın fikrincə, yeni ittifaqa tədricən digər Avropa ölkələrinin də qoşulması mümkündür.

Ekspert onu da qeyd edib ki, London–Berlin ittifaqının gələcəkdə Avropa təhlükəsizlik sisteminin təməli olub-olmayacağı bu birliyə hansı dövlətlərin qoşulacağından asılı olacaq. O hesab edir ki, Şimali Avropa ölkələri bu təşəbbüsə maraq göstərə bilər, lakin Cənubi Avropa ölkələrinin bu məsələdə ehtiyatlı davranması ehtimal olunur.

Избранный
36
nocomment.az

1Источники