"Mançester Yunayted" uzun müddətdir danışıqlar apardığı Brayan Mbemo transferində xoşbəxt sona yaxındır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" kamerunlu hücumçu üçün "Brentford" ilə razılığa gəlib. Onlar bu keçidə görə 70 milyon funt-sterlinq ödəyəcək.
Bu barədə "The Athletic" məlumat yayıb.
Mbemo ilə "Mançester Yunayted" artıq bir neçə həftə öncədən şəxsi məsələlərdə razılıq əldə etmişdi.
O, ötən mövsüm Premyer Liqada 35 oyunda 18 qol vurmağı bacarıb.