"Qalatasaray" daha bir ulduzu heyətinə cəlb edə bilər.
Offsideplus.az xəbər verir ki, klub Fernando Musleranın gedişindən sonra qapını həvalə edəcəyi qolkiper axtarışındadır.
Bu səbəbdən "Cim-Bom" "Mançester Siti"nin qapıçısı Edersonu transfer etməyə qərarlıdır. "Sabah" nəşrinin məlumatına görə, Türkiyə klubu Ederson üçün 10 milyon avro sərbəstqalma məbləği ödəyəcək. Bundan əlavə, "Qalatasaray" braziliyalı qapıçıya illik 7,5 milyon avro məvacib vermək istəyir.
Qeyd edək ki, Edersonun "şəhərlilər"lə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.