RU

Müharibə Putin-Tramp görüşü ilə bitə bilər

Macarıstanın Baş naziri Viktor Orban Ukraynadakı müharibənin sona çatması üçün Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında birbaşa zirvə görüşünün keçirilməsinin vacib olduğunu bir daha vurğulayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Orban TASS agentliyinə verdiyi açıqlamada deyib: “Rusiya və ABŞ liderləri danışıqlar masasına oturmadıqca və genişmiqyaslı razılaşmaya gəlmədikcə bu münaqişənin həlli mümkün deyil”. 

Orbanın fikrincə, iki supergüc arasında əldə olunacaq razılaşma Ukrayna böhranının həllini, enerji qiymətləri ilə bağlı tənzimləmələri, Rusiya bazarlarına çıxış şərtlərini, sanksiya siyasətlərinin yenidən nəzərdən keçirilməsini və silah nəzarəti mexanizmlərini əhatə etməlidir. Macar lider avropalıların və ukraynalıların bəyanatlarına baxmayaraq, əslində müharibənin davamını istədiklərini iddia edi: 

“ABŞ Prezidentinin həqiqətən sülh istədiyinə inanıram. Rusların nə istədiyini isə daha az bilirik, lakin müəyyən etdikləri sərhədlərə çatmaqda qərarlı olduqlarına əminik”. 

Orban Trampın sülhə yönəlik niyyətlərini vurğulasa da, Rusiya məqsədləri ilə bağlı ehtiyatlı ifadələr işlədib. Orban bu ayın əvvəlində də oxşar açıqlamalar verərək, Putin-Tramp görüşünün atəşkəsin sürətləndirilməsinə səbəb ola biləcəyini demişdi. Macar Baş nazirinin bu israrlı mövqeyi NATO daxilindəki sülhpərvər qanadın baxışlarını əks etdirir. 

Viktor Orbanın bu çağırışı, Ukrayna müharibəsində diplomatik kanalların tıxandığı bir dövrdə yeni danışıqlar mərhələsinin qapısını aralayır. Lakin həm Moskvanın, həm də Vaşinqtonun ilkin şərtləri və Kiyevin mövqeyi belə bir görüşün baş tutmasını hələlik çətinləşdirir. Macar liderin bu addımı, Avropada müharibə əleyhinə səslərin artacağının da bir göstəricisi kimi qiymətləndirilir. 

Избранный
70
50
cebheinfo.az

10Источники