RU

Uşaqlarda əl-ayaq-ağız xəstəliyi -Pediatrdan önəmli məsləhətlər


Pediatr Vaqif Qarayev uşaqlarda əl-ayaq-ağız xəstəliyi ilə bağlı məlumat verib.



Medicina.az xəbər verir ki, həkim xəstəliyin səbəbinin viruslar (koksaki) olduğunu bildirib:

"Həm virusla çirklənmiş əşyalarla kontaktdan, həm dəhava-damcı yolu ilə yoluxdurur.
Xəstəlik kifayət qədər sürətlə yayılır. Yüksək temperatur fonunda əldə, ayaqda spesifik səpkilər, ağız boşluğunda isə içi maye ilə dolu səpkilər müşahidə olunur. Səpkilərə sağrı nahiyəsində, dirsək və diz büküşlərində də rast gəlmək olur".



V.Qarayev əlavə edib ki, xəstəliyin spesifik müalicəsi yoxdur:

"Ortalama bir həftə ərzində keçir. Gigiyenik qaydalara ciddi əməl etmək lazımdır. Səpkiləri görsəniz mütləq həkimlə əlaqə saxlayın".

Aygün
Medicina.az


Избранный
39
1
medicina.az

2Источники