Araz çayının Saatlı rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin kimliyi məlum olub.
AzEdu.az-ın məlumatına görə, həmin şəxs 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğludur. O, dostları ilə çayda çimərkən qəfil boğulmağa başlayıb.
Hazırda 13 yaşlı oğlanın axtarışları davam etdirilir.