İndoneziya prezidenti Prabovo Subiantonun pişiyi Bobbi Kertaneqaranın dövlət himayəsi altında olduğunu Respublika Dövlət Katibliyinin nazir müavini Juri Ardiantoro bildirib.
QHT.az xəbər verir ki, Tempo portalı onun sözlərini sitat gətirir:
"Dövlətin məsuliyyəti təkcə prezidentin təhlükəsizliyini təmin etmək deyil, həm də onun əmlakını qorumaqdır. Dövlət onun (pişiyin) təhlükəsizliyini təmin edə bilərmi? Təbii ki, edə bilər. O zaman niyə etiraz var?"
Cakartada keçirilən tədbirdə ictimai rezonans doğuran, bir neçə polis məmurunun ev heyvanını uşaq arabasında mavi xalça boyunca itələdiyi videoya məmur prezidentin pişiyini belə şərh edib.
Bobbi Kertaneqara 2017-ci ildə küçələrdən xilas edilib. Prabowo Subiantonun 2024-cü ilin oktyabrında andiçmə mərasimindən sonra pişik Cakartadakı Merdeka prezident sarayında məskunlaşıb. Ev heyvanının öz sosial media hesabları var, burada o, abunəçilər arasında çox populyardır.
Pərvanə Fərhadqızı