RU

Sahil Babayev: "Yüksəliş" müsabiqəsi həm biznes, həm də dövlət sektorunda böyük dinamizm yaradıb

"Yüksəliş" müsabiqəsi bu 5 il ərzində həm biznes, həm də dövlət sektorunda böyük dinamizm yaradıb.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Yüksəliş" qaliblərin həyatına yeni bir düşüncə gətirəcək:

"Bu dövr ərzində mentorluq etdiyim şəxslərin sayı 100-dən çoxdur. Görünür ki, Azərbaycanda potensiallı gənclər inkişaf edir. Bu gün dövlət tərəfindən atılan addımlara nəzər salsaq, elm və təhsil sahəsində həyata keçirilən layihələr göstərir ki, Azərbaycan hökumətinin məqsədi insan kapitalının inkişafıdır. Bu tipli müsabiqələr böyük bir təşəbbüsdür".

Избранный
139
report.az

1Источники