Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb.
QOL.az xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq.
Üçüncü dövrənin püşkü ayrıca atılacaq. Bu haqda Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov məlumat verib.
O qeyd edib ki, reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz. Daha sonra püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
"Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
Qeyd edək ki, yeni mövsümə avqustun 15-də start veriləcək.