RU

Altı ayda 109,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 570 hektar sahədən yaş kütləsi 152 ton 391 kq olan 2 269 742 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 290 kq 046,798 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 109 milyon 706 min 109 AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2838 nəfər cəlb edilmişdir. Həmin şəxslərdən 2745-i kişi, 93-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 52 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 722 kq 214,275 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 198,217 qr çətənə kolu götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 120 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 627 kq 670,598 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

Избранный
69
6
apa.az

10Источники