RU

Saatlıda yeniyetmə Araz çayında boğulub

Saatlı, 18 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Araz çayının Saatlı rayonunun ərazisindən keçən hissəsində olub. Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda axtarış işləri davam etdirilir.

 

Избранный
41
21
azertag.az

10Источники