Fındıq sağlam yağlar, lif, zülal və vitaminlərlə zəngin olması ilə sağlam qidalanmada mühüm yer tutur...
Pravda.az bildirir ki, tərkibindəki E vitamini, B qrup vitaminləri, maqnezium, fol turşusu və sink kimi minerallar sayəsində fındıq, ürək, beyin, həzm və reproduktiv sağlamlığı dəstəkləyir.
Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan fındıq, həmçinin toxluq hissini artıraraq kilo nəzarətinə də müsbət təsir göstərə bilər. Lakin yüksək kalorili olması səbəbilə ölçülü istifadə tövsiyə edilir. Fındığın tək başına arıqlamağa səbəb olduğu sübut olunmasa da, balanslı pəhrizlə birlikdə istifadə edildikdə faydalı ola bilər.
Fındıq yağı isə nəmləndirici, antioksidant və günəş qoruyucu təsirləri ilə dəridə və saç baxımında istifadə edilə bilər. Ancaq allergik reaksiyalara yol aça biləcəyi üçün istifadədən əvvəl test edilməlidir.
Həkimlər, xüsusilə arıqlamaq və sağlam qidalanmaq istəyənlər üçün fındığın nəzarətli və balanslı şəkildə gündəlik pəhrizə daxil edilməsini məsləhət görürlər.
Poliqon.info