Mediasiya Şurasının İdarə Heyətinin sədri Naxçıvan mediasiya təşkilatının rəhbərliyi və mediatorlarla qarşıda duran vəzifələri müzakirə edib.
QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub, mediasiya təşkilatının direktoru Yusif Həsənov, mediatorlar Ələddin Məmmədov, Mahir Sadıqov və Orxan Abbasovla təşkilatın mövcud uğurlu nəticələrini və qarşıda duran vəzifələri müzakirə edib.
Təşkilatın direktoru Yusif Həsənov və mediatorlar Ələddin Məmmədov, Mahir Sadıqov və Orxan Abbasov əldə edilən uğurlu nəticələr barədə fikirlərini bölüşüb və qısa zamanda əldə edilən müsbət nəticələri qeyd ediblər. Nadir Adilov müzakirələr zamanı Naxçıvan mediasiya təşkilatının Mediasiya Şurasının da dəstəyi ilə uğurlu marketinq strategiyası sahəsində hədəfləri diqqətə çatdırmaqla, mübahisə tərəfləri arasında mediasiya sahəsinə ictimai inamın, güvənin formalaşması istiqamətindəki məsələləri qeyd edib.
Görüş səmərəli müzakirələr və təşkilatın perspektiv nəticələrinə müsbət təsir edən təkliflərlə davam edib. Nadir Adilov səmərəli fəaliyyətə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan mediasiya təşkilatının dövlət orqanları ilə qurulan gözəl və nəticələrə müsbət təsir edən əməkdaşlığına görə təşkilatın mediatorlarına və direktoruna Mediasiya Şurası adından təşəkkür edib və fəaliyyətlərində uğurlar arzu edib.