Ermənistanda müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin üstü 27 ildən sonra açılıb.
Missiya.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, cinayəti törətməkdə üç şəxs ittiham olunur.
İstintaqın bildirdiyinə görə, təşkilatçı və bu işdə əli olan S.A. adlı şəxs hərbçi olub və məqsədli şəkildə Xorxoruninin qətlini təşkil etmək niyyətində olub. O, iki şərikinə 10 min və 15 min dollar vəd edib və onlar birlikdə təyin olunmuş gündə - 1998-ci il dekabrın 10-da Xorxorunini gözləyib, onu girişdə güllələyiblər. S.A hazırda saxlanılıb.
Qeyd edək ki, Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə evinin girişində öldürülüb.
Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.
Nurlana ƏhmədovaMissiya.Az