Rusiya, Avropa İttifaqının (Aİ) tətbiq etdiyi birtərəfli sanksiyaları qeyri-qanuni hesab edir.
Operativ Media xəbər verir ki bu, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Aİ-nin yeni sanksiyalar paketinə gəlincə, biz indiyə qədər Avropadan kifayət qədər ardıcıl anti-Rusiya xətti müşahidə etmişik. Biz dəfələrlə bəyan etmişik ki, bu cür birtərəfli məhdudiyyətləri qeyri-qanuni hesab edirik və onlara qarşıyıq", – deyə o vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqının yeni – 18-ci sanksiyalar paketi fiziki və hüquqi şəxslərin qara siyahısını genişləndirir, Aİ-də Rusiya neftinin alınması üçün qiymət tavanını aşağı salır, “Şimal axını” qaz kəmərinin istismarı ilə bağlı neft tankerləri və banklara qarşı yeni məhdudiyyətlər tətbiq edir, eləcə də əlavə ixrac məhdudiyyətləri müəyyən edir.