RU

“Gənclər arasında ictimai maarifləndirmə strateji yanaşma tələb edir” – QHT sədri ilə MÜSAHİBƏ

QHT.az-ın suallarını cavablandıran “Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə” İctimai Birliyinin sədri Elşən Nağıyev gənclər arasında ictimai maarifləndirmə işinin daha effektiv aparılması, son zamanlar vətəndaş fəallığının artması və sosial məsuliyyətin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

 

QHT.az: İctimai maarifləndirmə işinin gənclər arasında daha effektiv şəkildə aparılmasını təmin etmək üçün hansı metodlardan istifadə edirsiniz?

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İB nin sədri olaraq bildirirəm ki, gənclərlə ictimai maarifləndirmə işi aparmaq həm strateji, həm də yaradıcı yanaşma tələb edir. Müasir texnologiyalarla və sosial dinamika ilə ayaqlaşmaq çox vacibdir . Qeyri hökumət təşkilatı olaraq layihələrimizin icrası zamanı ictimai maarifləndirməni təmin etmək üçün istifadə etdiyimiz effektiv metodları aşağıdakı kimi sıralamaq olar.

İnteraktiv seminarlar, müzakirə sessiyaları və təlim proqramları. Sosial media kampaniyaları keçirmək (Facebook, Instagram, TikTok, YouTube) gənclərin sıx istifadə etdiyi şəbəkələrdə. Qısa videolar, infografikalar və canlı yayımlarla maarifləndirməni vizual cəhətdən cazibədar etmək. Gəncləri maarifləndirmə təşəbbüslərinə cəlb etmək, onları layihələrin bir hissəsinə çevirmək. Gənclər üçün açıq debatlar və ideya mübadiləsi imkanı yaratmaq. Müxtəlif mövzular üzrə fikir bildirərək analitik düşüncə formalaşdırmaq. Onların maraq dairəsini və dəyərlərini nəzərə alaraq mesajların formasının uyğunlaşdırılması və s metodlardan istifadə edirik.

 

QHT.az: Son zamanlar ictimai təşəbbüslərin və vətəndaş fəallığının güclənməsi ilə bağlı hansı müsbət dəyişiklikləri görürsünüz?

Son zamanlar Azərbaycanda ictimai təşəbbüslər və vətəndaş fəallığı sahəsində bir sıra müsbət dəyişikliklərmüşahidə olunur. Bu dəyişikliklər həm sosial, həm də texnoloji müstəvidə özünü göstərir:

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə hüquq maarifləndirilməsi və insan hüquqlarının qorunması sahəsində yeni təşəbbüslər həyata keçirilir. Qeyri-hökumət təşkilatlarının fəaliyyət dairəsi genişlənib, dövlətlə əməkdaşlıq imkanları artıb.  Vətəndaşlar daha aktiv şəkildə ictimai nəzarət mexanizmlərində iştirak edirlər — şəffaflıq və hesabatlılıq tələbləri güclənib.

Sosial media vasitəsilə ictimai məsələlər haqqında dair daha geniş müzakirələr aparılır, bu da ictimai rəyin formalaşmasına təsir edir.

Ekoloji və Sosial Layihələrin Çoxalması. QHT-lər tərəfindən ekoloji maarifləndirmə, narkomaniyaya qarşı mübarizə və sosial rifah layihələri həyata keçirilir. “COP29-un qlobal missiyalarının yerlərdə təşviqi” kimi beynəlxalq təşəbbüslər yerli səviyyədə dəstəklənir.

Hüquq və konstitusiya sahəsində təlimlər və seminarlar təşkil olunur, bu da hüquqi savadlılığın artmasına səbəb olur. Vətəndaş cəmiyyətinin beynəlxalq arenada tanıdılması üçün yeni platformalar yaradılır. Bu dəyişikliklər göstərir ki, vətəndaşlar artıq yalnız müşahidəçi deyil, aktiv iştirakçırolunu oynayırlar.

 

QHT.az: Vətəndaşların sosial məsuliyyətini artırmaq üçün hansı tədbirlər təşkil edirsiniz və bu istiqamətdə gələcəkdə hansı yeniliklər gözlənilir?

Qeyri Hökumət Təşkilatı olaraq, vətəndaşların sosial məsuliyyətini artırmaq üçün son illərdə bir çox layihələr icra etmişik, bu layihələrdə aşağıda verilmiş fəlaiyyətləri həyata keçirmişdir.

Gənclər üçün sosial məsuliyyət mövzusunda forum, debat və təqdimatlar. Ekoloji məsuliyyət və ictimai iştirakçılıq üzrə seminarlar təşkil olunmuşdur. Həmçinin sosial şəbəkələrdə ictimai maarifləndirmə istiqamətində aktiv iş aparmışıq.

Gələcəkdə isə bu sahədə daha innovativ və inklüziv yanaşmalar gözlənilir. Gəlin əsas məqamları nəzərdən keçirək:

Vətəndaşların sosial məsuliyyət mövzusunda interaktiv mobil tətbiqlər və onlayn platformalar vasitəsilə maarifləndirilməsi. “Sosial məsuliyyət kalkulyatoru” kimi alətlər: fərdi davranışların cəmiyyətə təsirini ölçmək imkanı. Gənclər üçün “sosial liderlik” üzrə təlim proqramları. Özəl sektorun sosial məsuliyyət təşəbbüslərinə cəlb olunması, şirkətlərin sosial layihələrə investisiya etməsi və ictimai kampaniyalarda iştirak etməsi.

 

Pərvanə Fərhadqızı

QHT.az

 

Избранный
28
qht.az

1Источники