RU

Dövlət Departamenti: ABŞ Cənubi Qafqazda sülh və sabitliyə dəstək verir

ABŞ Cənubi Qafqazda sülh və sabitliyə dəstək verir .

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Təmmmy Brüs bildirib ki, Amerika Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına istiqamətlənmiş səyləri dəstəkləyir və bölgədəki vəziyyəti diqqətlə izləyir.

O, Türkiyədəki ABŞ səfiri Tom Barrackın bir neçə gün əvvəl səsləndirdiyi “Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması” ideyasına dəstək verib. Brüs qeyd edib ki, bu barədə daha ətraflı mövqeni Ağ Evin mövqeyi müəyyən edəcək.

“Təbii ki, biz Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına yönələn bütün təşəbbüsləri dəstəkləyirik və vəziyyəti izləyirik. Bununla bağlı daha çox məqamı sizlər üçün aydınlaşdıracağıq,” – deyə Brüs bildirib.

Избранный
15
teleqraf.com

1Источники