RU

Nəticə istəyiriksə bu dəyişiklik məktəbdən başlamalıdır

Tələbələrin bir qismi məktəb illərində xarici dili sadəcə əzbərlə və qrammatika yönümlü tədris nəticəsində öyrənir. Bu da onların ali təhsildə dil baxımından istənilən səviyyəyə çatmamasına gətirib çıxarır.

Məsələ ilə bağlı AzEdu.az-açıqlama verən sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyeva qeyd edib ki,təəssüf ki, bu gün bir çox tələbə ali təhsilə başlayanda xarici dil bilikləri baxımından minimum gözləntiləri belə qarşılamır:" Bunun səbəbi nəinki tələbənin məsuliyyətsizliyi, əsasən məktəbdə xarici dil tədrisinin zəif, formal və köhnə yanaşmalarla aparılmasıdır. Təməl düzgün qurulmayıbsa, universitetdə ondan inkişaf gözləmək sadəlövhlük olar.

Məktəblərdə xarici dil hələ də qrammatika və əzbərlə məhdudlaşır. Danışıq, eşitmə, real ünsiyyət bacarığı isə ya nəzərə alınmır, ya da ümumiyyətlə mövcud deyil. Bu yanaşma ilə tələbə universitetdə dili öyrənmək yox, ondan istifadə etmə mərhələsinə keçə bilmir.

Xarici dil  sadəcə bir fənn deyil, gələcəyin fürsətidir

"Əgər həqiqətən nəticə istəyiriksə, bu dəyişiklik məktəbdən başlamalıdır. Müəllim hazırlığı, dərs vəsaitləri, metodika, qiymətləndirmə və dərsin quruluşu köklü şəkildə yenilənməlidir. Texnologiya, interaktiv dərslər, danışıq yönümlü fəaliyyətlər və müasir təlim yanaşmaları olmadan bu problemi aradan qaldırmaq mümkün deyil.

Xarici dil  sadəcə bir fənn deyil, gələcəyin fürsətidir. Əgər şagird məktəb illərində bu fürsəti itirirsə, biz sonradan nə qədər çalışsaq da, onu geri qazandıra bilmirik. Bu, təkcə Təhsil Nazirliyinin yox, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Əgər rəqabətə davamlı gənclər yetişdirmək istəyiriksə, xarici dil tədrisinə köklü şəkildə yanaşmalıyıq həm də gecikmədən".

Избранный
13
1
azedu.az

2Источники