Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar Türk tərəfinin suveren bərabərliyi və beynəlxalq statusu tanınmayınca Kıbrıs məsələsi ilə bağlı rəsmi danışıqların bərpa olunmayacağını bəyan edib.
Kıbrısla bağlı qeyri-rəsmi görüşdən sonra iyulun 17-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında jurnalistlərlə görüşən E.Tatar deyib: “Son dörd il ərzində suveren bərabərliyimiz və bərabər beynəlxalq statusumuz təsdiq olunmasa, Kipr probleminin həlli üçün rəsmi danışıqları davam etdirə bilməyəcəyimizlə bağlı yeni siyasətimizi açıq şəkildə gücləndirdik. Çünk bu hüquqların, yəni suveren bərabərliyimiz və beynəlxalq statusumuzun bizim təbii hüquqlarımız olduğuna ürəkdən inanırıq. Yığıncağa müsbət, konstruktiv və gələcəyə hesablanmış bir gündəmlə gəldim. Lakin mart ayında Cenevrədə keçirilən qeyri-rəsmi görüşdən sonra adada baş verən hadisələrdən “dərin məyusluğumu” da ifadə etmək istərdim.
Kıbrıs Rum Rəhbərliyinin hərəkətləri Kıbrıs türklərində narahatlıq, təzyiq və artan təhdidlərə səbəb olur. Bir çox türklər Cənubi Kıbrısa keçərkən və ya xaricə səyahət edərkən həbs olunmaqdan qorxurlar. Son altı ildə Kıbrısda mövcud olan iki dövlət və iki demokratiya Kıbrıs türk və rum xalqlarının iradəsini əks etdirir.
Əgər yeni və formal danışıqlar prosesi olacaqsa, o, Kıbrısdakı reallıqlara əsaslanmalı və hər iki tərəfə bərabər, ədalətli və ləyaqətlə müraciət etməlidir. Həmçinin görüşdən sonra dörd keçid məntəqəsinin açılışını elan etməyi qarşımıza məqsəd qoymuşduq, lakin bunun, baş tutmamasından çox təəssüfləndim. Nəticədə hər şey Kıbrıs Rum tərəfinin hərbi məqsədlər və digər ərazi məsələləri üçün bufer zonanı keçmək israrından asılı idi. Bu, Türk tərəfinin qəbul edə bilməyəcəyi bir şeydir” deyib.
Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Ersin Tatar BMT-nin Baş katibi Antonio Quterreşin bu məsələdə irəliləyişi təmin etmək üçün “əlindən gələn hər şeyi etdiyini” ifadə edərək, Kıbrıs Rum tərəfinin mövqeyinin bu “sadə problemin” həllinə mane olduğunu bildirib.
“Anadolu Agentliyi”nin minalardan təmizləmə ilə bağlı son inkişaflara dair sualını cavablandıran Tatar “Məqsədimiz tamamilə minasız bir ada yaratmaqdır” deyib.
O, problemin Kıbrıs Rum tərəfinin yalnız müəyyən ərazilərin minalardan təmizlənməsini istəməsindən və digərlərinin toxunulmaz qalmasını israrından qaynaqlandığını açıqlayıb:
“Hazırda bizim siyasətimiz hər bir ərazinin minalardan tamamilə təmizlənməsini təmin etməkdir”.
Türk lider həmçinin sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində Rum lideri ilə yenidən görüşəcəyini və ilin sonunda daha geniş, qeyri-rəsmi görüşün planlaşdırıldığını açıqlayıb.
Onillərdir davam edən Kıbrıs roblemi
Kıbrıs BMT-nin hərtərəfli həlli təmin etmək səylərinə baxmayaraq, Kıbrıs Türkləri və Kıbrıs Rumları arasında onillərdir davam edən mübahisənin bataqlığında qalıb.
1960-cı illərin əvvəllərində başlayan etnik hücumlar Kıbrıs türklərinin təhlükəsizliyi mühasirəyə alınmış yaşayış mntəqələrinə çəkilmələrinə səbəb oldu.
1974-cü ildə adanı ilhaq etmək üçün Yunanıstanın çevriliş cəhdi Türkiyənin Kıbrıs türklərini qorumaq üçün qarant dövlət kimi hərbi müdaxiləsinə gətirib çıxardı.
Nəticədə 1983-cü ildə ŞKTC (Kuzey Kısrıs Türk Cümhuriyyəti) yarandı.
Son illərdə Türkiyə, Yunanıstan və Böyük Britaniyanın zəmanətində İsveçrədə 2017-ci ildə uğursuz cəhd də daxil olmaqla, sülh prosesi ara-sıra yenidən gündəmə gəldi.
Kıbrıs Rum İdarəsi 2004-cü ildə Aİ-yə qoşuldu və elə həmin il rumlar BMT-nin uzun müddətdir davam edən münaqişəyə son qoymaq planını birtərəfli qaydada blokladılar.ada blokladılar.