"Şamaxı" Edvin Banquera ilə maraqlanmır. Bu barədə klubdan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, hazırda Portuqaliyanın JJ Liqa təmsilçisi "Felqueyras"ın formasını geyinən kolumbiyalı müdafiəçi onların transfer siyahısında yer almır.
Qeyd olunub ki, sostal şəbəkələrdə yayılan xəbərlərin əksinə, onunla indiyədək heç bir danışıqlar aparılmayıb. Nə rəsmi, nə də qeyri-rəsmi formada.
Cənubi amerikalı legioner karyerası ərzində “Salqueyros”, “Jil Visente”, “Sportinq Kovilya” və “Mafra”da oynayıb.
“Şirlər“ bu yay 8 transfer çalışması həyata keçirib.
Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi"), Diogo Balau (Son klubu “Uniao Santarem”, Portuqaliya), Karim Rossi (son klubu “Şaffhauzen”, İsveçrə), Cezar Henrique(son klubu “Caxias”, Braziliya), David Thomaz Dos Santos Oliveira (son klubu “Covilha”, Portuqaliya) və Rikardo Apolinario (“Uniao Santarem”, Portuqaliya) kollektivin yeni simalarıdır.
SPORTİNFO.AZ