RU

"Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin icrası davam edir - FOTOLAR

"Qəbələ Yazarlarına Dəstək” ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəctəyi ilə “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin icrasını uğurla davam etdirir.

QHT.az xəbər verir ki, 30.06.2025-ci il tarixdə  Qəbələ Dövlət Peşə  Təhsili Mərkəzində 20 nəfər yaradıcılıqla məşğul olmaq istəyən Benefisarlar üçün  növbəti təlim təşkil edilmişdir. Təlimi giriş sözü ilə layihə rəhbəri Rəna Mahmudova açaraq, iştirakçıları salamlamış, təlimim gedişi barədə öz mülahizələrini iştirakçılara söyləmiş onlara uğurlar arzulayaraq sözü təlimci Fəxrəddin Babayevə vermişdir. Təlimin keçirilməsində yüksək fəallıq gstərən Benefisarlar Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə keçirilən layihənin məqsədi və məramı barədə iştirakçılara məlumat vermişdir. İştirakçıları təlimdə aktiv iştirak etməyə, yaradıcılıq sahəsində onları daha çox maraqlandıram sualları verməyə, bilmədiklərii, öyrənmək  istədikləri  mövzularda sorğular aparmağı tövsiyə  etmişdir.

Sonra təlimçi Fəxrəddin Babayev Benefisarları salamlamış, hazırlanmış proqram əsasında təlimə başlamışdır. Təlim zamanı təlimçi ilk birinci saat ərzində benefisarlara ”Ədəbi dilin normaları -qrammatik norma. Şəkilşilərin düzümü haqqında məlumat vermiş, iştirakçılarla sual-cavabla  təlimi davam etdirmişdir. Birinci saatdan sonra iştirakçılarla çay stolu təklif edilmiş, stol  arxasında söhbət edilmiş. İştirakcılara məsləhətlər verilmişdir.

Fasilədən sonra iştirakçılarla 2-ci saatda Fəxrəddin Babayev  hər 3 ədəbi normaları - ədəbi dilin normaları,  qrammatik normalar  və şəkilçilərin düzümü sahəsində benefisarlara geniş məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır. Layihə rəhbəri növbəti təlimin ayın 07.07.2025-ci il tarixdə saat 10-00-da QDTPM-də keçiriləcəyini  iştirakçıların nəzərinə çatdırmışdır.

Избранный
27
2
qht.az

3Источники