RU

Nazirlər Kabineti qeyri-yaşayış obyektləri ilə bağlı qərarda dəyişiklik edib

Nazirlər Kabineti tikinti sahəsində sənədləşmə qaydalarına bir qədər düzəliş edib.

Bakues.az xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.

Yeni qərarla “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilib.

Belə ki, qeyri-yaşayış təyinatlı tikililərlə (məsələn, obyektlər, müəssisə və xidmət sahələri) bağlı məlumatlara infrastruktur obyektləri də əlavə olunub.

Qərara əsasən, sənəddə “qeyri-yaşayış binaları” yazılan hissələrdə bundan sonra “infrastruktur obyektləri” qeydi də olacaq. Bu isə o deməkdir ki, belə obyektlər haqqında məlumatlar da Tikintilərin Dövlət Reyestrində öz əksini tapacaq.

Bu dəyişiklik Prezidentin 2024-cü ilin sonlarında imzaladığı Fərmanın icrası məqsədilə edilib.

Избранный
22
icma.az

1Источники