RU

Avtomobil nəhəngindən gözlənilməz qərar: Layihə dayandırıldı

"Citroen" və "Opel" kimi markaları özündə birləşdirən "Stellantis" konserni, bataryalı elektrikli nəqliyyat vasitələrinə (BEV) alternativ kimi irəli sürülən hidrogen yanacaq hüceyrəli texnologiyalardan imtina etdiyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bu qərarla şirkət, yüngül, orta və ağır kateqoriyalı hidrogenlə işləyən nəqliyyat vasitələrinin istehsalını dayandırıb.

Bu addım, "Pro One" adlı hidrogenlə çalışan miniven seriyasının bu yay başlayacağı gözlənilən seriyalı istehsalının da ləğv olunması deməkdir.

Hidrogen yanacaq hüceyrələrinin yeganə nəzəri üstünlüyü onların qısa müddətdə doldurula bilməsidir. Lakin bu üstünlük praktikada özünü doğrultmur. Yanacağın yüksək təzyiqlə dolumu bir neçə dəqiqə çəkir və onun təhlükəsiz şəkildə saxlanması üçün -200 dərəcəyə qədər soyudulması tələb olunur. Bu isə texnologiyanı həm baha, həm də qeyri-praktik edir.

"Tesla" və "Toyota" kimi istehsalçıların nümunəsində də göründüyü kimi, hidrogenin istifadəsi üçün zəruri infrastruktur və səmərəli istehsal üsulları hələ mövcud deyil. Enerji sıxlığı aşağı olan bu texnologiyanın həm enerji baxımından verimliliyi zəifdir, həm də genişmiqyaslı istifadəsi üçün tələb olunan infrastruktur demək olar ki, yoxdur.

Şirkət nümayəndələri hidrogen bazarının orta müddətli dövrdə iqtisadi cəhətdən dayanıqlı olmadığını qeyd edib və "Stellantis"in rəqabət qabiliyyətini qorumaq üçün "aydın və məsuliyyətli seçimlərin" qaçılmaz olduğunu vurğulayıblar. Artıq konsern diqqətini elektrikli və hibrid nəqliyyat vasitələri strategiyasına yönəldəcək.

Bundan əlavə, "Stellantis"in "Michelin" və "Forvia" ilə birgə qurduğu hidrogen yanacaq hüceyrəsi şirkəti "Symbio" ilə bağlı gələcək strategiyalarının yenidən nəzərdən keçirildiyi, tərəfdaşlarla alternativ ssenarilər üzərində danışıqların aparıldığı da bildirilib. Bu qərar hidrogenlə işləyən nəqliyyat vasitələrinin gələcəyinə ciddi zərbə vurmuş hesab olunur.

Paşa Məmmədli

Избранный
45
valyuta.az

1Источники