RU

Psoxoloq: Narkomaniya bütövlükdə cəmiyyətə məhvedici təsir göstərir

 Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində - Dənizkənarı yolda baş verib.
Gənc oğlan tamamilə lüt vəziyyətdə qeyri-etik hərəkətlər edərək vətəndaşların narahatlığına səbəb olduğuna görə saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə aparılan şəxsin Salyan rayon sakini olan və paytaxtın Binəqədi rayonunda yaşayan 1997-ci il təvəllüdlü S.Səlimov (şərti) olması müəyyən edilib.
Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkotik vasitə qəbul etməsi məlum olub.
Saxlanılan şəxs uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünə nəzarəti itirdiyini deyib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilən gənc Sabunçu Rayon Məhkəməsinə aparılıb. O, 300 manat cərimə edilərək sərbəst buraxılıb.

Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, Narkomaniya insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir:

“Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Narkomaniya yalnız insan sağlamlığına deyil, bütövlükdə cəmiyyətə məhvedici təsir göstərir. Həmçinin narkomaniya sosial və iqtisadi problemlərə, xüsusilə də cinayət səviyyəsinin artmasına səbəb olur. Gənclər arasında narkotik cinayətkarlığının artmasının aradan qaldırılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Biz gənclərimizə pis vərdişlərin insan sağlamlığına zərərli təsirlərini və gələcəkdə yarada biləcəyi problemləri düzgün izah etməliyik. Həmçinin onlara həmin vərdişlərin səbəb olduğu müxtəlif yoluxucu xəstəliklər barədə və bu xəstəliklərdən qorunma yolları ilə bağlı məlumat verməliyik. Biz gənclərimizə pis vərdişlərin insan sağlamlığına zərərli təsirlərini və gələcəkdə yarada biləcəyi problemləri düzgün izah etməliyik. Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir”.
Избранный
27
sherg.az

1Источники