RU

Cərəyanla balıq ovlayan şəxs saxlanıldı

Tovuzda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq elektrik avadanlığından istifadə etməklə balıq ovlayan Tovuz rayon sakini 43 yaşlı Ramin Məcidov saxlanılıb.

Onun Kür çayının rayon ərazisindən keçən hissəsində elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduğu müəyyən edilib.

R.Məcidov saxlanılan zaman ondan 1 ədəd rezin qayıq, müxtəlif elektrik avadanlıqları və qanunsuz ovlanmış balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
53
50
qafqazinfo.az

10Источники