ABŞ-ın Massaçusets ştatının sakini Pol Korkoran səhvən ikinci lotereya bileti alıb və 2 milyon dollar qazanıb. Bu barədə “Powerball” lotereya saytı məlumat yayıb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, amerikalı əvvəlcə yalnız bir ədəd lotereya bileti aldığını bildirib. Bir müddət sonra o, səhvən düşünüb ki, həmin biletin tirajı artıq keçirilib və heç nə udmayıb. Halbuki bu belə deyilmiş, o, tirajı hələ keçirilməmiş ikinci bileti də alıb.
Hər iki bilet şanslı çıxıb. Onların hər biri Korkorana bir milyon dollar qazandırıb. O, pul mükafatını nəyə xərcləyəcəyini hələ bilmir.