RU

Bakıda 2,4 milyonluq brilliant əməliyyatı...

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

XəzərNews.az xəbər verir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111, 95 karat brilyant qaşlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, StoneAlgo-nun məlumatlarına görə, çəkisi 5 karat və daha çox olan daşların hər karatı üçün orta qiymət 21,997 dollar civarındadır.

Eyni zamanda, bu kütlənin almazlarının əksəriyyəti daha az nadirdir, buna görə də ölkədən çıxarılarkən saxlanılan daşların pərakəndə satış qiyməti təxminən 2,46 milyon dollar ola bilər.

Xəbər 3 dəfə oxunub.
Избранный
16
xezernews.az

1Источники