RU

Abşeronda silsilə tədbirlər keçirilib - Fotolar

Abşeron rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin həyat yoldaşı Gülnar Abdullayeva, şəhid Babək Allahverdiyevin həyat yoldaşı Aygün Allahverdiyeva, şəhid Ruslan İsmayılovun həyat yoldaşı Saniyə Əliyeva, müharibə iştirakçıları, o cümlədən şəhidlərimizin bizə əmanət qalan övladları iştirak edib.

Görüşdə Abdin Fərzəliyev Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı qələbədən söz açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iaradəsi, ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən tapdağından azad olunan Qarabağımıza yenidən həyat qayıdıb.

Abdin Fərzəliyev qeyd edib ki, bu gün beynəlxalq aləmdə cərayan edən prosesləri izlədikdə Azərbaycanın nə qədər böyük qələbə qazandığını, regionun sumasını və siyasi gündəmini dəyişdiyinin bir daha şahidi olursan.

Ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçılarına böyük diqqət göstərildiyini vurğulayan RİH başçısı şəhid ailələrinin qayğıları ilə maraqlanıb.

Şəhid ailələri və müharibə iştirakçıları işlə təmin olunmada, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində və sair sahələrdə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlər barəsində isə lazimi göstərişlər verilib.

Görüşdə, o cümlədən Vətən müharibəsi şəhidi Sahib Musayevin xalqımıza əmanət qalan övladı Ülvi Musazadənin doğum günü qeyd olunub, xatirə şəkli çəkilib.

Abdin Fərzəliyev Vətən müharibəsi şəhidi Vidadi Zalovun anadan olmasının 40 illiyi münasibətilə onun ailə üzvləri ilə birgə şəhidin məzarını ziyarət edib. Şəhidimizin keçdiyi döyüş yolundan söz açılıb, göstərdiyi qəhrəmanlıqlardan danışılıb. RİH başçısı şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, dövlətimizin daima onların yanında olduğunu bir daha diqqətə çatdırıb.

Abşeron RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova şəhid Ülvi Rəhimovun anadan olmasının 23-cü illiyi münasibətilə onun ailə üzvləri ilə görüşüb, onlarla birgə şəhidimizin məzarını ziyarət edərək qəhrəmanımızın əziz xatirəsini anıblar.

Abşeron rayonunda növbəti səyyar vətəndaş qəbulları keçirilib. Vətəndaşların müraciətlərinin yerində və operativ həlli ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Güzdək, Qobu, Saray və Ceyranbatan qəsəbələrində baş tutan qəbullarda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və sakinlər iştirak edib.

A.Fərzəliyev ordumuzun gücündən danışarkən bildirib ki, Silahlı Qüvvələrimiz bundan sonra da düşmənin törədə biləcəyi bütün hərbi təxribatların qarşısını vaxtında almağa və layiqincə cavablandırmağa qadirdir.

Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.











Избранный
11
5
qafqazinfo.az

6Источники