RU

Dənizə girdiyi üçün sığınacağa aparılan “Ares” adlı it ölüb

İzmir şəhərində sahildə dənizə girdiyi üçün vətəndaşların şikayəti əsasında İzmir Böyükşəhər Bələdiyyəsinin əməkdaşları tərəfindən sığınacağa aparılan “Ares” adlı it, orada Parvovirus (qanlı ishal) xəstəliyinə yoluxaraq ölüb.

Heyvansevərlərin bildirdiyinə görə, Ares bir müddət sığınacaqda saxlanıldıqdan sonra könüllülər tərəfindən ordan çıxarılıb və sahibləndirilib. Yeni sahibi onu baytara aparıb və müayinələr nəticəsində Aresdə qanlı ishal xəstəliyi aşkarlanıb.

Təcili şəkildə müalicəyə başlansa da, itə edilən müdaxilələr nəticə verməyib və Ares günlərlə davam edən mübarizədən sonra həyatını itirib.

Aresin ölümü heyvansevər cəmiyyət tərəfindən dərin təəssüf və etirazla qarşılanıb. Hadisə sosial şəbəkələrdə də geniş yayılaraq müzakirələrə səbəb olub. Könüllülər sığınacaq şəraitinin və oradakı sanitar vəziyyətin ciddi şəkildə araşdırılmasını tələb edirlər.

Избранный
9
news365.az

1Источники