RU

Suraiyada gərginlik səngimir | VİDEO

AzVision.az xəbər verir ki, Suriya Daxili İşlər nazirliyi ictimai təhlükəsizlik qüvvələrinin artıq vilayətin kənd ərazilərinə daxil olduğunu və şəhərin özündə yerləşdirilməyə hazırlaşdığını açıqlayıb.

“Hökumət qüvvələri yerli sakinlər arasında toqquşmaları yatırmağa və bölgədə asayişi bərpa etməyə hazırlaşır”,- nazirliyin rəsmi nümayəndəsi bildirib.

Əyalətə müdaxilə qərarı İsrailin daha əvvəl Dəməşqi Əs-Suveydada hərbi əməliyyatlardan çəkinməyə çağırması barədəxəbərdarlığına baxmayaraq qəbul edilib.

Münaqişənin kəskinləşməsi fonunda ABŞ-nin Dəməşqdəki səfirliyi bəyanat yayaraq, bütün Amerika vətəndaşlarını Suriyanı dərhal tərk etməyə çağırıb.

- İordaniya ilə sərhəddəki quru yolundakı keçid gediş üçün hazırdır. Diplomatlar ölkənin cənub bölgələrində qeyri-sabitlik səbəbindən amerikalıların təhlükəsizliyinin təhdid altında olduğunu vurğulayıblar”,- məlumatda deyilir.

“Suriya TV” telelanalının verdiyi xəbərə görə, iyulun 17-də Əs-Suveydada druz özünümüdafiə qüvvələri ilə hökumətin dəstəklədiyi ərəb qəbilə birləşmələri arasında şiddətli döyüşlər baş verib. “SANA” agentliyi isə, Əs-Suveydada bədəvi silahlı xalq birləşmələrinin kütləvi şəkildə öldürüldüyünü açıqlayıb.


Əhməd Əl-Şaraa: “Savaşa hazırıq”| VİDEO
“Əl Vətən” qəzetinin iddiasına görə, hücumları mərkəzi hökumətə itaətsizliyə çağıran və İsraillə yaxınlaşmanı dəstəkləyən druz şeyxi Hikmət əl-Həcərinin tərəfdarları həyata keçirir.

Suriyanın keçid dövrünün prezidenti Əhməd Əl-Şaraa tərəfləri“sakitliyə və təmkinli” olmağa çağıraraq, zorakılığa görə bütün məsuliyyət daşıyanların etnik mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb ediləcəyi vədini verib. O, İsraili Suriyanın daxili işlərinə qarışmaqdan çəkindirərək, Təl-Əvivin hərəkətlərinin“bölgədəki vəziyyəti yalnız gərginləşdirdiyini və çətinləşdirdiyini” vurğulayıb.


Suriya hökuməti həmçinin hökumət qoşunlarının Əs-Suveyda şəhərindən çıxarılmasından sonra “silahlı qruplaşmaların” yaradılmış atəşkəsi pozduğunu bildirib. Məlumatda xatırladılır ki, qoşunların çıxarılması qərarı gərginliyin qarşısını almaq üçün verilib, lakin silahlı qruplar razılaşmalara baxmayaraq, dinc əhaliyə qarşı güc tətbiq edib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
18
1
azvision.az

9Источники