RU

ABŞ-da THY sərnişini “tər iyi” səbəbilə təyyarədən endirildi

Amerika Birləşmiş Ştatlarında Türk Hava Yolları (THY) ilə səyahət etmək istəyən bir Türk vətəndaşı, “tər iyi gəldiyi” bəhanəsi ilə kabin heyəti tərəfindən təyyarədən çıxarılıb. Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub.

Sərnişin uçuşdan kənarlaşdırıldığı anlara aid videonu paylaşdıqdan sonra məsələ qısa zamanda ictimai diqqətə səbəb olub. THY isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Məlumata görə, yaşanan hadisədən sonra THY sözügedən sərnişinə yeni uçuş bileti təqdim edib.

Избранный
14
news365.az

1Источники