RU

Alonso ilə Peres arasında fikir ayrılığı

“Real”ın baş məşqçisi Xabi Alonso ilə klub rəhbəri Florentino Peres arasında fikir ayrılığı yaşanıb.

Futbolpress.az xəbər verir ki, tərəflər Klublararası Dünya Çempionatından sonra görüş keçirib. Peres komandanın turnirdəki çıxışından məyus olduğunu qeyd edib. Alonso rəhbərlikdən bir neçə transfer tələb edib.

Peres heyətə dünya səviyyəli oyunçunun transferindən yana olub. Alonso isə bazar dəyəri yüksək olmayan, ancaq perspektiv vəd edən bir neçə oyunçunun transferini istəyib. Tərəflər bu məsələdə anlaşmayıb. Peres ancaq yüksək səviyyədə olan bir oyunçuya maliyyə ayıracağını söyləyib.

Alonso komandaya yarımmüdafiəçi transferi istəyir.

“Real” Klublararası Dünya Çempionatında mübarizəni yarımfinalda PSJ-yə məğlub olaraq (0:4) dayandırıb.

Избранный
10
futbolpress.az

1Источники