RU

Qətər Ali Audit Bürosunun rəhbəri: Azərbaycanla süni intellekt və ekoloji audit sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanla süni intellekt və ekoloji audit sahəsində əməkdaşlıq genişlənir.

"APA-Economics" xəbər verir ki, Qətər Dövlət Ali Audit Bürosunun rəhbəri Jassem Almannai Azərbaycan Hesablama Palatasının ev sahibliyi ilə keçirilən ASOSAI tədbirini yüksək qiymətləndirib və iki ölkənin Ali Audit orqanları arasında əməkdaşlığın genişləndirildiyini bildirib.

“Əvvəlcə Azərbaycan Hesablama Palatasına bu yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edirəm. Hazırkı görüş ikitərəfli əməkdaşlıqla yanaşı, diplomatik münasibətlərin də tərkib hissəsidir. Biz burada süni intellekt və ətraf mühitin auditi ilə bağlı təcrübə mübadiləsi aparırıq. Çünki bu iki istiqamət SAİ-lərin gələcək fəaliyyətində əsas prioritet sahələr olacaq”, - deyə Jassem Almannai qeyd edib.

O bildirib ki, süni intellekt gələcəkdə audit fəaliyyətində keyfiyyətin və operativliyin artırılmasına ciddi töhfə verəcək: “Düşünürük ki, Aİ gələcəkdə audit üçün əsas alətlərdən birinə çevriləcək. Əlbəttə ki, bununla bağlı bir sıra çətinliklər olacaq, lakin bu cür beynəlxalq görüşlər həmin çətinliklərin paylaşılması və həll yollarının öyrənilməsi baxımından olduqca faydalıdır”.

Jassem Almannai əlavə edib ki, artıq bir sıra texniki təlimlər həyata keçirilib və gələcəkdə Azərbaycanla əməkdaşlıq çərçivəsində anlaşma memorandumu və ya digər rəsmi razılaşmaların imzalanması nəzərdə tutulur: “Qarşılıqlı fayda baxımından anlaşma sənədləri üzrə planlarımız var. İnşallah, bu münasibətlər daha da inkişaf edəcək”.

Избранный
47
apa.az

1Источники