RU

Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

90deqiqe.Az xəbər verir ki, bu həftə UEFA ölkə reytinqinə 0,125 xal əlavə edən Azərbaycan mövqeyində dəyişiklik etməyib və 29-cu pillədə qalmaqda davam edir.

Əlavə olunan əmsal UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən “Sele” (Sloveniya) – “Sabah” (Azərbaycan) qarşılaşmasının nəticəsinə əsaslanır. Səfərdə 3:3 hesablı heç-heçə edən “Sabah” bu nəticə ilə ölkənin ümumi reytinqinə 0,125 xal qazandırıb.

Hazırda Azərbaycanın UEFA ölkə reytinqindəki ümumi əmsalı 17.250-dir. Ölkəmizin bir pillə üstündə 17.975 xalla Ukrayna (28-ci yer), bir pillə aşağıda isə 16.500 xalla Bolqarıstan (30-cu yer) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə 94.839 xalla İngiltərə liderlik edir.

Избранный
11
90deqiqe.az

1Источники