RU

Cinayətlərin 99,2 faizi effektiv istintaq və peşəkar rəhbərlik sayəsində aşkar olunub - Hərbi prokuror

Bakı. Trend:

Cinayət işlərinin qanuni və əsaslı başlanması, düzgün istintaqmetodikası, peşəkar heyət və effektiv prosessual rəhbərliknəticəsində cinayətlərin 99,2 faizi açılıb.

Trend-inməlumatına görə, bunu Hərbi prokuror Bəhruz Əhmədov HərbiProkurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.

O qeyd edib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə vəəsaslılığına xüsusi diqqət yetirilib:

"İcraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam vəobyektiv araşdırılması istiqamətində məqsədyönlü fəaliyyət həyatakeçirilib. Düzgün qurulmuş istintaq metodikası və taktikası,səriştəli aparılan istintaq hərəkətləri, tələb olunan səviyyədəprosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzminəticəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,2 faiziaçılıb".

Məqalədə:
Избранный
23
1
az.trend.az

1Источники