Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək.
Bu barədə AzEdu.az-a ATİAHİ-dən məlumat verilib.
Bildirilib ki, bu dəyişiklik elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, elmi laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq şəkildə ifadə etmək məqsədi daşıyır: "Yeni adımız–elm və təhsil sahəsində çalışan əməkdaşların maraqlarını bir araya gətirən, daha geniş şəkildə əhatə edən yanaşmanın göstəricisidir.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq üzvlərimizin yanında olmağa, onların hüquqlarını və sosial təminatlarını qorumağa, birlikdə daha güclü addımlar atmağa davam edəcəyik".