RU

Bu gün Misli premyer-liqasının püşkü atılacaq

Bu gün Misli premyer-liqasında 2025/26 mövsümünün püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, mərasim "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda keçiriləcək. Tədbir saat 15.00-da başlayacaq.

Xatırladaq ki, premyer-liqanın yeni mövsümü avqustun 15-də start götürəcək. Çempionatda 12 komanda mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "Araz Naxçıvan", "Turan Tovuz", "Sabah", "Neftçi", "Şamaxı", "Sumqayıt", "Kəpəz", "Qəbələ", "Karvan" və "İmişli"di.

Избранный
57
3
football-plus.az

3Источники