RU

Azərbaycanlı hakimlər Portuqaliyaya gedəcək

Azərbaycan Həndbol Federasiyası gənc hakimlərin beynəlxalq arenada təcrübə qazanmasına şərait yaratmaqda davam edir.

Futbolpress.az xəbər verir ki, bu məqsədlə, Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları 22–29 iyul tarixlərində Portuqaliyanın Covilha şəhərində keçiriləcək Universiada turnirində iştirak edəcəklər. Avropa Həndbol Federasiyasının “Gənc Hakimlər Layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.

Hakimlərimiz qarşılaşmaları idarə etməklə yanaşı, təşkil olunan seminarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.

Xatırladaq ki, Ləman və Aydan Həmidova ötən il İsveçin Höteborq şəhərində keçirilən Açıq Avropa Çempionatında da hakimlik ediblər.

Избранный
43
2
futbolpress.az

2Источники