RU

Bakının 3 rayonu bu gün qazsız qalacaq

"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar” QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 18-də saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Shergr.az-a verilən məlumata görə, təmir işləri görülən müddətdə Qaradağ rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Избранный
54
49
sherg.az

10Источники