Alimlər sitrus meyvələrinin melanoma kimi aqressiv dəri xərçəngi növünün inkişaf riskini artırdığını müəyyən ediblər.
“Medicina” xəbər verir ki, Braun Universitetinin mütəxəssisləri 100 mindən çox ABŞ vətəndaşının qida vərdişlərini təhlil ediblər. Araşdırmada iştirak edənlərdən 1840 nəfərə melanoma diaqnozu qoyulub. Məlum olub ki, bu xəstələr sitrus meyvələrini normadan artıq miqdarda qəbul ediblər.
Alimlərin açıqlamasına görə:
*“Gündəlik 1,6 porsiyadan çox sitrus meyvəsi yeyən insanlarda dəri xərçənginə tutulma riski həftədə iki dəfədən az yeyənlərə nisbətən 36% daha yüksəkdir.”
Bir porsiya isə yarım qreypfrut, bir portağal və ya bir stəkan portağal şirəsinə bərabər hesab olunur.
Mütəxəssislər bildirirlər ki, sitrus meyvələri furanokumarin adlı birləşmələrlə zəngindir. Bu maddələr fotoaktiv xüsusiyyətə malikdir və bədənə daxil olduqda dərini işığa, xüsusən də ultrabənövşəyi şüalara qarşı daha həssas edir. UV şüalanmasının isə dəri xərçənginin əsas səbəblərindən biri olduğu artıq elmi cəhətdən sübut olunub.
Aygün Musayeva