Yeni mövsümə hazırlıqlarını davam etdirən “Fənərbağça” yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, Portuqaliyada təlim-məşq toplanışında olan İstanbul təmsilçisi yerli “Portimonense” ilə qarşılaşıb. Matç “Fənərbağça”nın qələbəsiylə başa çatıb – 2:1.
“Bülbüllər”in qollarını Sebastyan Şimanski vurub.
“Fənərbağça” iyulun 20-də “Sanderlend”, 23-də “Əl İttihad”, 26-da isə “Benfika” ilə qarşılaşacaq.