RU

Hadisənin bu görüntüləri sevənlərini üzdü - FOTO

Türkiyəli müğənni Hadisənin son klipində üzündəki qırışlar müzakirə yaradıb.

Milli.Az xəbər verir ki, ifaçı ünvanına yazılan tənqidlərə belə reaksiya verib:

" Arıqlayarıq - qınanarıq. Köklənərik - yenə qınanarıq. Filtrdən istifadə edərik - "süni görünür" deyirlər. Cizgilərimizi (qırışlarımızı) göstərərik - "qocalmısan" deyirlər. Qadın olmaq - hər halınla mühakiməyə açıq olmaq demək sanırlar. Amma mən heç vaxt bu qaydalara görə yaşamamışam. Nə səhnədə, nə də aynanın qarşısında. Bu foto da mənəm. Cizgilərim də mənimdir. Sözüm də, bədənim də, səhnəm də mənimdir. Və bu azadlığı heç kimə izah etmək məcburiyyətində deyiləm. Qorxmamışam. Qorxmaram. Qorxuda da bilməzsiniz. "

O, yeni fotolarını da izləyiciləri ilə bölüşüb.

 

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
43
50
milli.az

10Источники