
ABŞ prezidenti Donald Tramp “The Wall Street Journal”ı məhkəməyə verməyə hazırlaşır.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, D. Tramp bu barədə “Truth Social”-da yazı paylaşıb. ABŞ prezidenti yazıda “NewsCorp” media holdinqi, “The Wall Street Journal”ı və onun sahibi Rupert Murdoxu məhkəməyə verəcəyini bildirib.
O, mühakimə olunan pedofil Jeffri Epsteyinə çılpaq qadının rəsmi hədiyyə verdiyini iddia edən nəşri və sahiblərini məhkəməyə vermək planlarını açıqlayıb. Donald Tramp şübhəli mənbələrə əsaslanan məqaləni “saxta xəbər” adlandırıb, nəşri tənqid atəşinə tutaraq onu “iyrənc və çirkli cır-cındır” kimi xarakterizə edib.
V. QULİYEV