İranda qalmaqallı hadisə baş verib. Prezident Məsud Pezeşkiyanın Təbrizə getmək üçün istifadə etdiyi avtomobil su qatılmış benzin töküldüyü üçün yolda qalıb. İran İşçi Xəbər Agentliyinin (İLNA) verdiyi məlumata görə, İran prezidentinin xüsusi müfəttişi Mustafa Mövlavi məsələ ilə bağlı açıqlama verib.
Mövlavi, İsrailin iyunun 13-də İrana hücumuna başlamasından sonra ölkə hakimiyyətinin təyyarələrdən istifadəni dayandırıb. Buna görə də prezident Təbrizə avtomobillə getməli olub. Ancaq Pezeşkiyan və onu müşayiət edənlər yolda qalıb.
Mövlavi bildirib ki, Pezeşkiyanın maşınına Tehrandan Təbrizə gedən yolda bir yanacaqdoldurma stansiyasından yanacaq doldurulub. Onun sözlərinə görə, yanacaqdoldurma stansiyasında avtomobilə sul qatılmış benzin doldurulub və nəticədə avtomobil yararsız hala düşüb.
Mövlavi bildirib ki, yolda qalan Pezeşkian və təhlükəsizlik işçiləri qalan hissəsini taksi ilə getməli olublar.
Mövlavi bildirib ki, Pezeşkian məsələ ilə bağlı əyalət rəsmiləri ilə əlaqə saxlamayıb. Sonrakı araşdırmalar zamanı məlum olub ki, sözügedən yanacaqdoldurma stansiyası əvvəllər də satdığı benzinə su qatıb və bununla bağlı şikayətlər olub.
Səfərin dəqiq tarixi açıqlanmasa da, onun ötən həftə baş verdiyi təxmin edilir.
TAHİR