Son illərdə səhərlər acqarına limonlu su içmək sağlamlıq vərdişi kimi geniş yayılıb. Diyetoloqlar bu sadə içkinin orqanizmə bir sıra faydalar verdiyini bildirirlər.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limonlu su immun sistemini gücləndirir, həzmi yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir. Limonun tərkibindəki C vitamini və antioksidantlar hüceyrələri zərərli sərbəst radikallardan qoruyur, dərini daha parlaq və sağlam göstərir.
“Acqarına içilən ilıq limonlu su qaraciyərin fəaliyyətini stimullaşdırır, bağırsaq hərəkətlərini tənzimləyir və orqanizmin təmizlənməsinə kömək edir. Amma mədə problemi olan insanlar əvvəlcə həkimlə məsləhətləşməlidir”, – deyə dietoloq Səbinə Rəhimova qeyd edib.
Həkimlər limonlu suya şəkər əlavə olunmamasını, ilıq halda içilməsini və ardıcıl olaraq tətbiq olunmasını tövsiyə edirlər.
Könül Oruc
E-saglam.az