RU

Türkiyədə seyfdən çıxan “dua” şok yaratdı

Türkiyədə FETÖ-nün maliyyə strukturuna qarşı keçirilən əməliyyat zamanı saxlanılan “HAKMAR” marketlər şəbəkəsinin sahibi Zeki Dorukun evindəki seyfdən “talisman duası” tapılıb.

Bakues.az xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Məlumata görə, seyfdən çoxlu sayda qızıl-zinət əşyaları, vəsiyyət məktubu və bir dua çıxıb. Dorukun öz əli ilə yazdığı vəsiyyətnamədə bütün əmlakını FETÖ-yə bağışladığı qeyd olunur.

Seyfdə aşkarlanan duanın isə FETÖ lideri Fəthullah Gülən tərəfindən yazıldığı müəyyən edilib. Bildirilib ki, bu dua gizli təşkilatın üzvlərinə xüsusi olaraq verilən “talisman duası”dır.

Избранный
10
1
icma.az

2Источники