RU

Peskov: Moskva Ukrayna tərəfi ilə birbaşa danışıqlar aparır

Moskva ABŞ-ın vasitəçiliyi ilə Kiyevlə birbaşa danışıqlar aparır və onları davam etdirməyə hazırdır, lakin hələlik Ukraynadan bununla bağlı heç bir təklif almayıb.

Rbc.ru xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

 

O, fikrinin davamında qeyd edib ki, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunda memorandum layihələri müzakirə ediləcək.

 

D.Peskov qeyd edib ki, Kreml Rusiya və Ukrayna danışıqlar aparan nümayəndə heyətlərinin rəhbərləri arasında təmasları gözləyir.

 

"Mübadilə prosesini hələ başa çatdırmaq lazımdır, əlavə təsdiqləmə prosesi aparılır. Bu, ikinci raund razılaşmalarının yerinə yetirilməsidir, sonra isə digər qərarları verməliyik", - deyə D.Peskov əlavə edib.

Избранный
19
3
senzor.az

4Источники