RU

Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi


Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib. Bu haqda Rusiya mediası məlumat yayıb.

Məlumata görə isə, Ş.Şıxlinski iki gün əvvəl həbs edilmiş oğlu Mutvalı Şıxlinski kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.

Rusiya DİN-dəki mənbəyə istinadən bildirilir ki, Şıxlinski ilə əlaqə saxlamaq mümükün olmadığınadan o axtarışa verilib. Onun Azərbaycanın Moskvadakı səfirliyinin binasında yerləşən oteldə olduğu bildirilir.

Qeyri-rəsmi məlumata görə, dünən onun Yekaterinburqdakı mənzilində da axtarış aparılıb.

Xatırladaq ki, Şahin Şıxlinski iyulun əvvəlində Yekaterinburqda vəhşicəsinə saxlanmışdı. Lakin sonradan sərbəst buraxılmışdı. Ş.Şıxlinskinin oğlu Mutvalı Şıxlinski isə iki gün əvvəl dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunaraq 2 aylığa həbs olunub.

TAHİR

Избранный
51
baki-xeber.com

1Источники