RU

Zaurdan SƏRT REAKSİYA: “Deməli, o hörmətsizliyə layiqsən. Mən bir ay əvvəl ilanlığımla, murdarlığımla…”

“Sənə edilən hörmətsizlikdən sonra o adama addım atırsansa, deməli, sən o hörmətsizliyə layiqsən”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zaur Baxşəliyev “Zaurla Günaydın” verilişində deyib.

O, özünə olunan pislikləri unutmadığını bildirib və idbarlığa, murdarlığa yaxşılıqla cavab verməyi özünə hörmətsizlik kimi dəyərləndirib:

“Elə adam var onu bağışlamasan, yaxına buraxmasan, yaxşıdır. Adama pislik edir, sonra da nə isə umur. Yadından çıxır ki, axı mən bir ay əvvəl idbarlığımla, ilanlığımla, murdarlığımla o adama pislik etmişəmsə, necə o adamdan uma bilərəm?!

Həmin yerdə ona bir addım atsam, mən özümü dünyanın ən pis xarakterli adam hesab edərəm, şəxsiyyətimə hörmətim olmaz. Sənə edilən hörmətsizlikdən sonra ona addım atırsansa, deməli, sən o hörmətsizliyə layiqsən. Addım atmamalısan. Mənim xarakterim, həyatım budur. Mən içimdə bilirəm ki, o insan necədir, mənə qarşı hansı pislikləri edib, edəcək və fürsət düşdükcə də edər. İdbarlığı, ilanlığı ilə mən ona necə addım ata bilərəm?”

Избранный
25
50
bizimshow.az

10Источники