RU

"Yuventus" Markos Reşfordla danışıqlar aparır

"Mançester Yunayted"in hücumçusu Markos Reşfordun İtaliyanın "Yuventus" klubuna keçidi gündəmdədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sky Sport Italia" məlumat yayıb. Mənbənin məlumatına görə, Turin təmsilçisi 26 yaşlı futbolçu ilə ilkin təmas qurub. Futbolçunun özü "Barselona"ya keçmək istəsə də, "Yuventus"da oynamağa da müsbət yanaşır.

Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm icarə əsasında "Aston Villa"nın heyətində çıxış edib. Premyer Liqada keçirdiyi 10 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Yuventus" isə ötən mövsüm A Seriyasında 70 xal toplayaraq 4-cü pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə qazanıb.

Избранный
24
90deqiqe.az

1Источники